XII Respublika Universiadası yekunlaşdı

XII Respublika Universiadası yekunlaşdı

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında keçirilən XII Respublika Universiadası başa çatıb.
Ümumilikdə Universiadada 22 komandanın tərkibində 938 tələbə-idmançı iştirak edib. Bunlardan 324 nəfəri qızlar, 614 nəfəri isə oğlanlar olub. Yarışda respublikamızın 22 ali təhsil müəssisəsi iştirak edib. Komanda hesabında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası birinci yerə layiq görülüb. Azərbaycan Tibb Universitetinin təmsilçiləri də birinci olublar. Azərbaycan Dövlət İqtisad Universiteti ikinci, Milli Aviasiya Akademiyası üçüncü yeri tutub. Kişilər arasında keçirilən yarışlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universiteti bütün rəqiblərini üstələyib. Milli Aviasiya Akademiyası ikinci yerdə qərarlaşıb.
Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü yerə çıxıb.
Qadınlar arasında keçirilən yarışlarda da nəticələr məlum olub. Belə ki, burada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinciliyi əldən verməyib. Azərbaycan Dövlət İqtisad Universiteti də birinci yerdə qərarlaşıb. Azərbaycan Tibb Universitetinin təmsilçiləri universiadanı ikinci yerdə başa çatdırıblar. Bakı Slavyan Universitetinin komandası yarışların nəticəsinə görə, üçüncü olub.