İdmançılarımız Fərqanədə fərqləniblər

İdmançılarımız Fərqanədə fərqləniblər

Martın 21-dən aprelin 1-dək Özbəkistanın Fərqanə şəhərində stolüstü tennis üzər beynəlxalq turnir keçirilib. Yarışda yığma komandamızla bərabər, Özbəkistan və Qazaxıstan idmançıları da iştirak ediblər. Ölkəmizin idman şərəfini A. Zudovun və məşqçi M. Timofeyevin rəhbərliyi altında 8 nəfər idmançı qoruyub. Şəxsi xarakter daşıyan turnirdə 1999-cu il və kiçik yaşlı qız idmançılar arasında millimizin üzvləri Dinarə Məmmədova II yeri, böyük yaşlı qızlar arasında isə Səbinə Əhmədova III yer tutub. Böyük yaşlı oğlanlar arasında Rüstəm Əliyev III yerin sahibi olub.
Turnirdə nailiyyət qazanmış idman
çılara Özbəkistan Respublikası Mədəniyyət və İdman Nazirliyinin medal və diplomları verilib.