Akif Məmmədov - 60

Akif Məmmədov - 60

Hörmətli Akif müəllim.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!
60 müdriklik yaşıdır. Təbii ki, bu yaşı haqlayan hər kəs bir anlıq ayaq saxlayır, geriyə boylanır. Keçdiyi həyat yoluna nəzər salır, yaşanan xatirələri yada salaraq, sanki öz keçmişinə qayıdır, özünə hesabat verir. Sizin kimi həyatını ləyaqətlə insanlar geriyə boylananda təəssüf hissi keçirmir, əksinə, etdikləri əməllərdən qürur duyurlar.
Siz xalqımızın zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan və bu meyarları daim müqəddəs varlıq kimi qoruyan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş insanlardansınız. Gözəl bir vətəndaş, sözün yaxşı mənasında yaxın dost olmağınız, yüksək mənəviyyatınız, vətənpərvərliyiniz, əməksevərliyiniz və əzmkarlığınız Sizi həmişə ətrafınızın sevimlisinə çevirib.
Ömrünüzün böyük bir hissəsini Azərbaycan idmanının inkişafına həsr etmisiniz. "Neftçi İdman Klubu”nda işlədiyiniz uzun illər ərzində də bu yolda yorulmadan çalışmış və klubun uğurlar qazanmasında böyük pay sahibi olmusunuz. Peşənizə olan sevginiz, ictimai həyatında yaxından iştirakınız və yuxarıda sadaladığımız müsbət keyfiyyətləriniz sayəsində kollektivin hörmətini qazana bilmisiniz.
Sizi yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq!
"Neftçi İdman Klubu”nun kollektivi