Sambo üzrə Bakı şəhər birinciliyi

Sambo üzrə Bakı şəhər birinciliyi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq, Balaxanı İdman Mərkəzində sambo üzrə Bakı şəhər birinciliyi keçirilib.
Birincilikdə 155 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. İdmançılar 35 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 54 kq, 59 kq, 65 kq, 71 kq və + 71 kq çəki dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışda fərqlənənlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.