Badmintonçuların zona yarışında 9 komanda gücünü sınayıb

Badmintonçuların zona yarışında 9 komanda gücünü sınayıb

Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında keçirilən badminton üzrə zona birinciliyinin qalibləri müəyyənləşib. Yarışda 9 komanda qüvvəsini sınayıb. Turnirdə şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qobustan rayonlarını təmsil edən məktəbli badmintonçular iştirak ediblər.
Turnirdə 50 məktəbli badmintonçu (32 oğlan, 18 qız) medallar uğrunda mübarizə aparıb.
Oğlanların şəxsi görüşlərinin nəticələrinə əsasən, Qusar məktəblisi Əmrah Orucəliyev çempion adını qazanıb. Qızların mübarizəsində isə Ramilə Rəhmanova (Qusar) birinci olub.
Qoşa yarışlarda oğlanlar arasında Nihat Məmmədov - Murad Hüseynov (Şabran), qızlar arasında isə Oksana Balakişiyeva - Fəridə Zəkiyeva (Qusar) cütlüyü birinci yerə layiq görülüblər.