Azərbaycan Milli Olimpiya Komitəsi I Avropa Oyunları zamanı hər gün “ZƏFƏR GÜNLƏRİ” adlı tədbir keçirəcək

Azərbaycan Milli Olimpiya Komitəsi I Avropa Oyunları zamanı hər gün “ZƏFƏR GÜNLƏRİ” adlı tədbir keçirəcək



HƏR GUN BİR TARİX, HƏR GUN BİR ZƏFƏR

Avropa Oyunlarının keçirildiyi günlərdə -Iyun ayının 14-dən 29-dək Milli Olimpiya Komitəsi (MOK) Oyunların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə "Zəfərgünləri”adlı xüsusi tədbir keçirəcək. İlk dəfə MOK tərəfindən həyata keçirilən bu layihə zamanı medullar qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyət nümayəndələri ilə MOK-un inzibati binasında görüşlər təşkil ediləcək, zəfər qazanan idmançılarımıza MOK-un mükafatları veriləcəkdir. Bu tədbir KİV nümayəndələri üçün xüsusi əhəmiyyət daşıyacaqdır.Tədbirin iştirakçısı olan jurnalistlərə uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən KİV-lərə ayrılan guşədə eksklüziv müsahibələr almaq üçün şərait yaradılacaq, onlar həm də I Avropa Oyunlarının yarışlarını tədbirin keçirildiyi vaxtda da böyük ekranlı televizorlarda izləyəcək, MOK-da yaradılan media otağında yarışların gedişatı ilə bağlı internet vasitəsiləən son məlumatları əldə edə biləcəklər.
"Zəfərgünləri” tədbirinin iştirakçıları ilə yanaşı, qaliblərə və mükafatçılara verilənən yaxşı suala və eyni zamanda jurnalistlərin bu tədbirdən hazırladıqları ən yaxşı yazıya görə hədiyyələr də veriləcəkdir."Zəfərgünləri”ndə Milli Olimpiya Komitəsi həmişə olduğu kimi, yenədə Azərbaycan atletlərinin, KİV-lərin və idman ictimaiyyətinin dogma ocağına çevriləcəkdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin qapıları "Zəfərgünləri”ndə də I Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə canlı təmasda olmaqdan zövq alan və digər maraqlı, yaddaqalan anların, bir sözlə, I Avropa Oyunları kimi tarixi bir hadisənin şahidi olmaq istəyənlərin üzünə açıq olacaqdır.

KİV nümayəndələrini Milli Olimpiya Komitəsininin inzibati binasında iyun ayının 14-dən 29-dək hər gün saat 13:00-da keçiriləcək "Zəfərgünləri” tədbirinə dəvət edirik.

Əlaqə telefonları: (012) 564 90 49; (012) 564 74 09