"Neftçi İdman Klubu"nun azarkeşləri açılış mərasimini xüsusi geyimlərdə izləyəcəklər

"Neftçi İdman Klubu"nun azarkeşləri açılış mərasimini xüsusi geyimlərdə izləyəcəklər


Bu gün Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. Bakı Olimpiya stadionunda baş tutacaq möhtəşəm tədbirdə komandaların paradı zamanı Azərbaycan bayrağını "Neftçi İdman Klubu"nun idmançısı Elmar Qasımov daşıyacaq.
Bu oyunlarda 79 idmançı ilə təmsil olunacaq "Neftçi İdman Klubu" azarkeşlərinə xüsusi hazırlanmış geyim formalarını təqdim edib. Ayrıca forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparacaq idmançılarını böyük alqış sədaları altında dəstəkləyəcək və qələbəyə ruhlandıracaqlar.
İlk Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayır və xalqımızı möhtəşəm qələbələrlə sevindirmələrini diləyirik.

"Neftçi İdman Klubu" İctimai Birliyinin
mətbuat xidməti