Bakı-2015 birinci Avropa Oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, qitə yarışlarının ikinci günündə - iyunun 13-də Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarına start verilib. Xalça üzərində 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri güclərini sınayıblar. İki idmançımız - Rəsul Cunayev və Rafiq Hüseynov inamla çıxış edərək finala vəsiqə qazanıblar.
Elman Muxtarov (59 kq) gürcüstanlı Gizo Meladze, Rəsul Çunayev (71 kq) Moldova təmsilçisi Daniel Kataqara, Rafiq Hüseynov (80 kq) avstriyalı Mixael Vaqner, Orxan Nuriyev (98 kq) isə isveçli Teodoros Tunisidis ilə qarşılaşıblar.
59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (NOR) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (RUS) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (ARM) - Elman Muxtarov
71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA) 7:6
1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (CRO) 4:0
1/2 final - Rəsul Çunayev - Svilen Kostadinov (BUL) 10:0
FİNAL - Rəsul Çunayev - Balint Korpasi (HUN)
80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT) 11:0
1/4 final - Rafiq Hüseynov - Daniel Aleksandrov (BUL) 10:0
1/2 final - Rafiq Hüseynov - Selçuk Cebi (TUR) 9:0
FİNAL - Rafiq Hüseynov - Yevgeni Saleev (RUS)
98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunusidis (SWE) 4:1
1/8 final - Vilius Laurinaitis (LTU) - Orxan Nuriyev 1:9
1/4 final - Orxan Nuriyev - İslam Maqomedov (RUS) 1:3
Təsəlliverici görüş - Ardo Arusaar (EST) - Orxan Nuriyev 0:2
Bürünc medal görüşü - Orxan Nuriyev - Cenk İldem (TUR)
Bakı-2015 Avropa Oyunlarının proqramına güləşin hər üç növü üzrə yarışlar daxil edilib. Ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. İyunun 15-16-da qadın güləşçilər, 17-18-də isə sərbəst güləşçilər yarışacaqlar.
Olimpnews.az