Heydər Əliyev İdman Arenasında yunan-Roma güləşi yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, yarışlarln ikinci günündə dünya və Avropa çempionu Həsən Əliyev Avropa Oyunlarının bürünc medalını qazanıb.
Qeyd edək ki, mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb. Yarımfinalda gərgin keçən görüşü uduzan Həsən bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə onun rəqibi Serbiya təmsilçisi Aleksandr Maksimoviç olub. Bu görüşdə əldə etdiyi qələbə Həsən Əliyevə Avropa Oyunlarının bürünc medalını qazandırıb.
66 kq çəkidə qızıl medal uğrunda Rusiya atleti A.Surkovla erməni idmançısı M.Arutyunyan arasında görüş birincinin qələbəsi ilə başa çatıb. Yarışlarda digər bürünc medalına slovakiyalı İstvan Levai sahib olub.