Heydər Əliyev İdman Arenasında yunan-Roma güləşi yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, iyunun 14-də 66 kq, 75 kq, 85 kq və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
66 kq çəkidə qaliblər müəyyənləşdikdən sonra 75 kq çəkidə güləşçilər bürünc medal uğrunda mübarizəyə qoşulublar.
Dmitri Puşkov (Ukrayna) və P.Elsele arasındakı döyüş birincinin qələbəsi ilə başa çatıb. Bürünc medal uğrunda ikinci qarşılaşma rusiyalı S.Lobazanovla gürcüstanlı Z.Datunaşvili arasında baş tutub. Görüş Rusiya təmsilçisinin qələbəsi ilə başa çatıb.
İdmançımız Elvin Mürsəliyev 75 kq çəkidə qızıl medal uğrunda döyüşür.