Avropa Oyunlarında güləş yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, yarışların üçüncü yarış günündə 48 kq, 55 kq, 60 kq və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.
55 kq-da mübarizə aparan Nataliya Sinişin italiyalı Patrizia Liuzzi və Türkiyə təmsilçisi Bediha Gün üzərində qələbə qazansa da, gərgin keçən yarımfinal görüşündə İsveç güləşçisi Sofia Mattssona məğlub olub.
Güləşçimiz bürünc medal uğrunda Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Görüş güləşçimizin tam üstünülyü ilə başa çatıb və Nataliya Sinişin yığmamıza bürünc medal qazandırıb.
Mükafatlandırma mərasimində idmançımıza bürünc medalı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.