Mariya Stadnik: “Bu yarışlarda çıxış etmək mənim üçün böyük məsuliyyət idi”

Mariya Stadnik: “Bu yarışlarda çıxış etmək mənim üçün böyük məsuliyyət idi”



London-2012 Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik iyunun 15-də keçirilən qadın güləşi yarışlarında Azərbaycan komandasına qızıl medal qazandırıb. 48 kq çəkidə mübarizə aparan təmsilçimiz finalda rəqibinə böyük hesabla qalib gələrək Avropa Oyunlarının çempionu adına layiq görülüb.

Mariya Stadnik mükafatlandırma mərasimindən sonra qələbə sevincini olimpnews.az saytı ilə bölüşdü:
- Çox şadam ki, Avropa Oyunlarının çempionu adını qazanmışam. Bu yarışlarda çıxış etmək mənim üçün böyük məsuliyyət idi. Çünki mən həm Bakı-2015 Avropa Oyunlarının idman elçisi, həm də məşəl daşıyanlarından biriyəm. Budur, artıq mən Avropa Oyunlarının da çempionuyam. Sevincimin həddi-hüdudu yoxdur. Çalışdım ki, azarkeşlərə sevincli anlar yaşadım və bunu bacardım. Azərbaycanı çox sevirəm və himnini əzbər öyrənməyə çalışıram. Ölkə başçısının xanımı ilə birlikdə zalda olmaları və dəstəyi mənə əlavə güc və stimul verdi. Çox xoşbəxtəm.

olimpnews.az