Nataliya Sinişin: “Bu medal qızıl da ola bilərdi”

Nataliya Sinişin: “Bu medal qızıl da ola bilərdi”


Qadın güləşi yarışlarında 55 kq-da mübarizə aparan Nataliya Sinişin bürünc medal qazanıb. Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşma güləşçimizin tam üstünülyü ilə başa çatıb.
Olimpnews.az saytı Nataliya Sinişinin bürünc medal uğuru ilə fikirlərini təqdim edir.

- Uğur qazandığım üçün sevinirəm. Bürünc medala layiq görüldüm. Amma bu medal qızıl da ola bilərdi. Yarımfinal görüşündə bəzi səhvlərə yol verdim. Əvvəldə sadə fənd əvəzinə mürəkkəb fəndlərdən istifadə etdim və bu da məni tez yordu.
Avropa Oyunlarında əldə etdiyim bu qələbəni ailəmə, qızıma, ümumiyyətlə bütün azarkeşlərə həsr edirəm. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçilərimə minnətdarlığımı bildirirəm. Zalda məni dəstəkləyən bütün tamaşaçılara təşəkkür edirəm. Onların dəstəyi mənə çox kömək oldu.

olimpnews.az