2012-ci ilin “sevilməyən idmançıları”

2012-ci ilin “sevilməyən idmançıları”
Lens Armstronq (velosipedçi)

Ötən ilin "sevinməyən idmançıları” siyahısına "Tur de Frans” turnirinin 7 qat çempionu Lens Armstronq rəhbərlik edir. Bu idmançının adı dopinq qalmaqalında hallanır. Armstronq dopinqdən istifadə etdiyini tanınmış televiziya jurnalisti Opra Uinfriyə verdiyi müsahibədə etiraf edib. Məhz bu etirafdan sonra tanınmış idmançının bütün titulları əlindən alınıb. Hətta Ümumdünya Antidopinq Agentliyi (VADA) Armstronqun bu illər ərzində qazandığı mükafatları - 12 milyon dolları qaytarmasını tələb edib. Lakin qalmaqallı velosipedçi bu pulu qaytarmayacağını kəskin şəkildə bildirib.

Mentay Te`O (Amerika futbolu)

Amerika futbolunun ulduzlarından biri, Notr-Dam universitet komandasının lideri Mentay Te`O azarkeşlərin sevmədiyi idmançıdır. O, sevgilisi Leney Kekua adlı qızın ölümündən sonra fanatlarının gözündən düşüb. Araşdırmalar göstərib ki, Kekua leykemiya (qan xərçəngi) xəstəliyindən dünyasını dəyişib. Bununla belə, azarkeşlər bu futbolçuya olan sevgilərini itiriblər. Onların fikrincə, Mentay sevdiyi qızın müalicəsi üçün əlindən gələni etməli idi.



Tayger Vuds (qolf)

Planetin ən məşhur qolf ustası sayılan Tayger Vuds bir neçə il yarışlardan kənarda qalıb. 2009-cu ildə həyat yoldaşına xəyanətdə günahlandırılan Vuds idmanda nüfuzunu tamamilə itirib. Azarkeşlər və jurnalistlərin yaydığı şayiələr, az qala, Vudsun ailəsinin dağılmasına səbəb olacaqdı. Çox güman ki, azarkeşlər bu xoşagəlməz hadisəni unuda bilərdilər, amma çox təəssüf ki, Vuds onları yeni qələbələrlə sevindirə bilmir. Abu-Dabi də daxil olmaqla, dalbadal bir neçə məğlubiyyəti idmançını sevilməyən idmançılar siyahısında üçüncü pilləyə gətirib çıxarıb.

Cey Katler (Amerika futbolu)

"Çikaqo Bearz” komandasının tanınmış futbolçusu özünün davakarlığı ilə tanınıb. Bu futbolçu həm də komandasının taleyinə biganəliyi ilə seçilir. Katlerin biganəliyindən bezən azarkeşlər 2011-ci ildə onun adı və nömrəsi qeyd olunmuş futbolkasını küçədə yandırıblar. Deyilənlərə görə, Katler son vaxtlar xeyli dəyişib. Lakin o, sevilməyən idmançıların siyahısında yenə də dördüncü pillədə qalmaqdadır. Katlerin üzvü olduğu komandanın yeni məşqçisinə yaltaqlanması fanatlarının ona olan nifrətini daha da artırıb.

Metta Uorld Pis (basketbol)

MBA-nın "Los-Anceles Leykers” klubunda çıxış edən Metta liqanın "ən pis oğlanı” sayılır. Oyunlarda kobudluğu ilə seçilən bu basketbolçu qismən dəyişsə də, azarkeşlərin hörmətini qazana bilmir. Çünki Metta indi də bəzi oyunlarda kobud davranır. Məsələn, buyaxınlarda keçirilən "Los-Anceles Leykers” - "Detroyt” qarşılaşmasından sonra o, bir oyunluq diskvalifikasiya ilə cəzalandırılıb. Matçın gedişində Metta rəqib oyunçu Brendon Naytın qollarını tutaraq onun çənəsinin altına yumruq vurub. Bu cür hərəkətlər Mettanın "pis oğlan” olduğunu bir daha sübut edir. Məhz buna görə də, bu basketbolçu "sevilməyən idmançılar”ın siyahısında yerində sayır.