“Azarkeşlər məni maraqlandırmır”

“Azarkeşlər məni maraqlandırmır”

"Formula-1” yarışlarının tanınmış pilotu Kimi Raykonen verdiyi bəyanatla hamını təəccübləndirib. Belə ki, o, yarışlara yalnız özünün həzz alması üçün qatıldığını, azarkeşləri vecinə almadığını bildirib: "Mən özüm üçün yarışıram və apardığım mübarizədən həzz alıram. Əgər mənim qələbələrim kimi isə sevindirirsə, lap yaxşı. Fanatlarımın mənim barəmdə nə düşündükləri vecimə deyil. Səni kənardan izləyənlər olmayanda hər şey daha yaxşı alınır. Bir daha deyirəm ki, azarkeşlər məni maraqlandırmır”, - deyə 2007-ci ilin dünya çempionu söyləyib.