Dilqəm Quliyevin yeni kitabı çapdan çıxıb

Dilqəm Quliyevin yeni kitabı çapdan çıxıb



Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, pedaqogika üzrə fəlsəfə elməri doktoru, professor Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. Yeni nəşr qədim və müasir yay Olimpiya Oyunlarının tarixi, Olimpiya xartiyası, olimpizm fəlsəfəsi və olimpizm ənənələrindən, eləcə də müstəqillik dövründə Azərbaycanın Olimpiya Oyunlarında iştirakından, Bakı-2015 Avropa Oyunlarından bəhs edir.

Kitabda yay Olimpiya Oyunlarının yarandığı gündən bu günədək oyunlarla bağlı sənədli materiallar öz əksini tapıb. Olimpiadanın təşəkkül tapdığı qədim Yunanıstandan tutmuş müasir dövrədək beynəlxalq idman və Olimpiya hərəkatının ayrı-ayrı dövrləri yeni nəşrdə əks olunub. Müxtəlif bölmələr üzrə istifadə olunan fotomateriallar onu daha oxunaqlı edib. Düşünürük ki, Dilqəm Quliyevin müəllifi olduğu yeni idman nəşri ölkənin idman ictimayyətinin və tələbə gənclərin marağına səbəb olacaq.
Kitabın elmi redaktoru və ön söz yazanı Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevdir.