Sərbəst güləşçimiz reytinq cədvəlində birincidir

Sərbəst güləşçimiz reytinq cədvəlində birincidir


Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerini tutub. Ötən ay Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı Xetaq Qazyumov uzun müddət reytinq cədvəlində 2-ci olsa da, bu qələbədən sonra 97 kq çəki dərəcəsində cədvəlin 1-ci pilləsində qərarlaşıb. Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya qalxıblar. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşıblar.