Qadınların idmanda iştirakı Qətərdə də dəstəklənəcək

Qadınların idmanda iştirakı Qətərdə də dəstəklənəcək

Qətər Olimpiya Komitəsi tərəfindən idmanda qadınların iştirakını dəstəkləmək və sağlam mühitin inkişaf etdirilməsi üçün "Brayton Bəyannamə”si təsdiqlənib.
Dohada Hilton Otelində təşkil olunmuş mərasimdə QOK-nin baş katibi Şeyx Səid Əl Tani "Qadın və İdman üzrə Beynəlxalq İşçi Qrupu " ilə birgə qatıldığı tədbirdə bəyannaməni imzalayıb. Bu saziş hökumət və dövlət orqanlarının problemlərini, biznesi, digər müvafiq təşkilatların təbliğini və ən əsası idmanda qadınların inkişafını dəstəkləyir.
"Brayton Bəyannaməsi” ni dünyanın ən nüfuzlu 335 idman təşkilatları təsdiq edib. Şeyx Səid Qətər Qadın İdman Komitəsinin sədri xanım Əhləm Salem tərəfindən həyata keçirilən tədbirdən sonra onun gördüyü ilk işlərdən uğurla danışıb: "Biz bu gün buraya qadınların idmanda daha da fəal iştirakı üçün çox mühüm bəyannamə imzalamaq üçün toplaşmışıq. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindən etibarən biz qadınların idmanda iştirakını daim dəstəkləmişik və bunu daha da təkmilləşdirməyə çalışmışıq. Ümid edirəm ki, burada bütün qadınların idmanda iştirakı üçün rəsmi komitənin yaradılması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Son illər Qətərdə qadınlar bir çox idman tədbirlərində, ilk öncə isə Busan Asiya oyunları (2002), Dohada Asiya Oyunları (2006), Quanqzou Asiya Oyunları (2010) və keçən il isə London Olimpiya Oyunlarında iştirak ediblər. Qətərdə Şeyx Təmim bin Həməd Əl Taninin rəhbərliyi bizlər üçün çox unudulmaz olub. Bu təriflər elə həmçinin xanım Əhləm Salem Mübarəkə də aid etmək olar. Onun son zamanlar gördüyü işlərdən isə ağız dolusu söz aça bilərik. Hesab edirəm ki, bu gün idman ictimaiyyətinin bütün üzvləri və idmanın inkişafı üçün böyük işlər görəcəyik. 2018-ci ilə kimi nailiyyətlərimiz çox olacaq. Bu hadisəni reallığa çevirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə Şeyx Səid bildirib.