Rio-2016-ya ikinci lisenziyanı atletikada qazandıq

Rio-2016-ya ikinci lisenziyanı atletikada qazandıq


Belarusun paytaxtı Minskdə keçirilən Tələbələrin Respublika Universiadasına yekun vurulub. Yarışda müsabiqədənkənar iştirak edən milli komandamızın üzvü Dmitri Marşin çəkicatma yarışlarında 7852 m nəticə göstərib. Bununla da Olimpiya normasını yerinə yetirən Marşin 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək yay Olimpiya Oyunlarına ölkəmiz üçün ikinci lisenziyanı qazanıb.
Bundan əvvəl olimpiadaya lisenziyanı boksçumuz Albert Səlimov qazanıb. O, WSB Liqasında 60 kq çəki dərəcəsində reytinq cədvəlində birinci olmaqla, Rio-2016-da iştirakını təmin edib.
Qeyd edək ki, "Ümid” klubunun üzvü Marşin London-2012-yə də bileti Minskdə sifariş vermişdi. O, ölkəmiz adından ilk Olimpiadasında 20-ci yeri tutmuşdu.