Sumqayit Şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikasi

Sumqayit Şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikasi


Sambo
Şağan Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında "Azərbaycan kuboku” keçirilib. Respublikanın müxtəlif şəhər və rayonlarından 400-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
Yarışda Sumqayıt şəhər samboçuları bütün yaş qrupları üzrə 8 qızıl, 5 gümüş, 12 bürünc olmaqla, ümumilikdə 25 medal əldə ediblər. Yeniyetmələr arasında Nəriman Əhmədov (56 kq), gənclər arasında Əliş Yusifov (52 kq), Əmrah Bayramov (62 kq), Ceyhun Babakişiyev (82 kq), kişilər arasında isə Mehman Xəlilov (57 kq), Elgün Müslümov (68kq), Xaliq Cəfərov (100 kq) və Qurban Məmmədli (+100 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Naziriliyi və Azərbaycan Sambo Federasiyası tərəfindən medal, fəxri fərman və hədiyyələrlə təltif olunublar.




Şahmat
Zaqatala rayonunda 16 yaşadək gənc oğlan və qızları arasında Respublika Şahmat Olimpiadası keçirilib.
On iki gün gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt şahmat məktəbinin iki komandası gücünü sınayıb. A və B turnirlərində yarışan hər iki komana gümüş medal qazanıb. Şəxsi yarışlarda isə Ləman Hüseynova (14 yaş) birinci, Murad İbrahimli (14 yaş) və Fərhad Fərhadlı (12 yaş) üçüncü yerlərə layiq görülüblər.