Velosipedçilərimiz Tbilisi-2015 Olimpiya Festivalında mübarizəyə başlayırlar

Velosipedçilərimiz Tbilisi-2015 Olimpiya Festivalında mübarizəyə başlayırlar



Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan velosipedçiləri yarışa tam hazırdırlar. Azərbaycanı bu nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov təmsil edirlər.
Bu gün Bakı vaxtı ilə saat 17:00-da təmsilçilərimiz 10 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar. İyulun 30-da isə qrup yarışları keçiriləcək.