Mas-reslinq üzrə açıq çempionat keçirilib

Mas-reslinq üzrə açıq çempionat keçirilib

İyulun 26-da Suraxanı rayonunda yerləşən Heydər Əliyev parkında mas-reslinq üzrə açıq çempionatı keçirilib. Yarışda paytaxt Bakı, Naxçıvan, Tovuz, Şəmkir, Siyəzən, Mingəçevir, Ağdam, Ağdaş idmançıları ilə yanaşı, Əfqanıstan, İordaniya, Şri-Lanka və Kanadanın 100-ə yaxın iştirakçısı qüvvəsini sınayıb. Çempionat kişilər arasında 60 kq, 70 kq, 80 kq, 90 kq, 105 kq, +105 kq çəki dərəcəsində və qızların mütləq çəki dərəcəsində keçirilib.
Maraqlı mübarizə şəraitində keçən yarışda Arif Şahlarov (60 kq, Qəbələ), Qasım Rəsulov (70 kq, Bakı), Soltan Ağayev (80 kq, Bakı), Kamran Rzayev (90 kq, Bakı), Nuru Məmmədəliyev (105 kq Bakı) və Ramin Nağıyev (+105 kq, To vuz) birinci yerə layiq görülüb.
Qızların yarışında isə mütləq çəki dərəcəsində Naxçıvan Muxtar Respublikasının təmsilçisi Şəfəq Məmmədova qalib adını qazanıb. Bakı təmsilçiləri Gülyar Qafarova və Günay Əhmədova isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.