Paralimpiyaçımız dünya rekordunu təzələdi

Paralimpiyaçımız dünya rekordunu təzələdi


Qazaxıstanın Almatı şəhərində pouerliftinq üzrə açıq çempionat keçirilib. Çempionatda 30 ölkədən 220 idmançı mübarizə aparıb. Bu yarış paralimpiyaçılara Rio-de Janeyro-2016 XV Yay Paralimpiya Oyunlarına lisenziya xalları verib. Milli komandanın üzvü Elşən Hüseynov da yarışda iştirak edib. 107 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 242 kq ağırlığı qaldıraraq çempionatın qızıl medalını qazanıb və dünya rekordunu təzələyib. Məlumat üçün qeyd edək ki, Elşən Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinic pillədə qərarlaşıb.