Amerikalı gənc atlet Keyti Ledeki Kazanda keçirilən dünya çempionatında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qalib gələrək yeni bir rekorda sahib olub. Belə ki, 18 yaşlı Ledeki dünya çempionatları tarixində sərbəst üsulla üzmə yarışlarında 4 ayrı məsafə üzrə çempion olan ilk idmançı kimi tarixə düşüb. İndiyədək nə kişilər, nə də qadınlar arasında üzgüçülük yarışlarında heç bir idmançı bu göstəriciyə nail olmayıb.
Xatırladaq ki, amerikalı üzgüçü Kazanda 200, 400 və 1500 metr məsafələrdə də qalib adını .
K.Ledeki karyerasında uğurlara XXX London Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çempion olmaqla başlayıb.