Cəlilabadda zona yarışları keçirilib

Cəlilabadda zona yarışları keçirilib

Cəlilabad rayonunda respublika məktəblilərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən yeddinci spartakiadasının zona yarışları keçirilib.
Yarışda cənub bölgəsinin yeddi rayonunu təmsil edən 56 komanda idmanın səkkiz növü üzrə mübarizə aparıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənc nəslə, onların sağlam, savadlı böyümələrinə həmişə qayğı göstərdiyini vurğulayaraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Zona yarışlarının qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.