Yeniyetmə mas-reslinqçilər Qusarda yarışıblar

Yeniyetmə mas-reslinqçilər Qusarda yarışıblar

Avqustun 23-də Qusar şəhərində yerləşən N saylı hərbi hissə ərazisində fəaliyyət göstərən "Gənc Heydərçilər” düşərgəsində yeniyetmələr arasında mas-reslinq üzrə turnir keçirilib.
Yeniyetmələr arasında keçirilən yarışda 180 idmançı qüvvəsini sınayıb. Yarışlar oğlanlar arasında 35 kq, 40 kq, 45 kq, 50 kq, 60 kq, +60 kq çəki dərəcəsində təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışda Ziya Əlili (35 kq), Ülvi Rəhimov (40 kq), Feyzi Feyziyev (45 kq), Tural Qurbanov (50 kq), Tahir Qurbanov (60 kq) və Rövşən Sofiyev (+60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
Turnirdə yer tutan idmançılar fəxri diplom və medalla təltif olunublar.