Azərbaycan çaparı rəqiblərini üstələdi

Azərbaycan çaparı rəqiblərini üstələdi


Almaniyanın Axen şəhərində atçılığın konkur növü üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan milli komandasının kapitanı Camal Rəhimov da gücünü sınayıb. Təmsilçimiz Avropa çempionatı və digər mükafatlar üzrə yarışlarda iki atla iştirak edib.
"Soer” mükafatı uğrunda keçirilən turniri idmançımız cərimə xalsız və ən yaxşı vaxt normativi ilə başa çatdırıb. Bununla da Camal Rəhimov 27 iştirakçı arasında qızıl medal qazanıb. O, 150 santimetr hündürlük üzrə keçirilən "Axen” regionu mükafatı üzrə yarışlarda marşrutu cərimə xalına yol vermədən başa vursa da, vaxtda geri qalıb. Buna görə də, bu mərhələdə mükafat qazanmayıb.
Ümumilikdə isə, Camal Rəhimov aktivinə 50 Olimpiya xalı əlavə edib.