AİPS-in 76-cı konqresi öz işini davam etdirir

AİPS-in 76-cı konqresi öz işini davam etdirir



Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata görə, Rusyianın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının - AİPS-in 76-cı konqresi keçirilir. Konqres aprelin 15-də öz işinə başlayıb.

Dünən «Radisson Blue» otelində tədbirin açılış mərasimi keçirilib. Mərasimdə Rusiyanın idman naziri Vitali Mutko çıxış edərək dünya idman jurnalistlərini növbəti konqres münasibətilə təbrik edib.
AİPS prezidenti Canni Merlo isə təşkilatçılığa görə Rusiya dövlətinə öz təşəkkürünü bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Rusiyanın idman naziri Vitali Mutko konqresdən bir neçə saat əvvəl jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb.
Bu gün konqresin işində AİPS-in qitələr üzrə təşkilarının toplantıları keçirilib. Azərbaycanın da üzv olduğu Avropa İdman Mətbuatı İttifaqının (UEPS) iclasında bir sıra məsələlər müzakirə edilib.
Konqresdə AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi məsələsi də müzakirə edilib.

Sevindirici haldır ki, UEPS prezidenti Yanis Darasın sədrliyi ilə keçirilən iclasda AİPS-in İcraiyyə Komtəsi üzvlüyünə irəli sürülən namizədlər arasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti Nərgiz Mahmudzadənin də adı var.
Konqres öz işini davam etdirir.