“Neftçi İdman Klubu” istedadlı futbolçular sorağındadır

“Neftçi İdman Klubu” istedadlı futbolçular sorağındadır


Olimpnews.az-a "Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Neftçi İdman Klubu”nun futbol sektoru tərəfindən Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında U-12, U-14, U-15 və U-16 komandaları arasında keçirilən seçim xarakterli məşqlər və oyunlar davam edir. Bu oyunların keçirilməsində əsas məqsəd klubun həmin yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsi və yarışlarda iştirak edən, eləcə də baxış üçün yoxlama oyunlara qatılan yeniyetmə istedadlı futbolçuları aşkar etmək və müvafiq yaş qruplarına cəlb etməkdir. Bu günlər ərzində artıq Xəyal Muradov, Murad Əhmədzadə, Nurlan Məmmədov və Pərvin Əzimov seleksiyaçı məşqçilər tərəfindən seçilərək U-15 komandasına cəlb olunublar. Seleksiya xarakterli məşqlər və oyunlar sentyabrın 4-dək davam edəcək.
Xatırladaq ki, klubun futbol sektoru iyul ayında Siyəzən şəhərində U-13, U-14 və U-15, avqust ayında isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında da eyni məqsədlə seçim xarakterli turnirlər təşkil edib.