Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları sentyabrın 7-də start götürəcək dünya çempionatında iştirak etmək üşün artıq ABŞ-ın Las Veqas şəhərindədir. Avqustun 31-də Bakıdan Las Veqasa yola düşən komandalarımız dünən axşam saatlarında ilk məşqə çıxıblar.
Çempionatın proqramına əsasən, yarışların ilk iki ilk olaraq 66 kq, 75 kq və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. 59 kq, 71 kq, 80 və 130 kq çəki dərəcələrində iştirak edən təmsilçilərimiz sentyabrın 8-də, 85 kq-da isə çıxış edənlər isə sentyabrın 9-da yarışacaqlar.
Yunan-Roma güləşçilərindən sonra yarışların üçüncü və dördüncü günündə 48 kq, 53 kq, 69 kq, 55 kq, 58 kq, 63 kq və 75 kq qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə həm də 65 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaqlar. 60 kq çəkidə qadın, 61 kq, 86 kq və 97 kq çəkidə sərbəst güləşçilər sentyabrın 10-da xalça üzərinə çıxacaqlar. Çempionatın son günündə isə, sərbəst güləş üzrə 57 kq, 70 kq, 74 kq və 125 kq çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.
Güləşçilər ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatında Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziyalarını qazanacaqlar. Çempionatda yunan-Roma güləşi üzrə 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq, qadın güləşi üzrə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq, sərbəst güləş üzrə isə, 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kqvə 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar XXXII Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə əldə edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.