Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclası keçirilib

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclası keçirilib



Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində start götürəcək güləş üzrə dünya çempionatından əvvəl Dünya Güləş Birliyi (DGB) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib. Məlumat üçün bildirək ki, bu, beynəlxalq idman qurumunun 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından əvvəl təşkil edilən ilk toplantısıdır. Tədbirdə 2015-ci ilin yanvar ayından bu günə qədər DGB tərəfindən görülən işlərə yekun vurulub və 2016-cı ilin yanvar ayında nəzərdə tutulan olimpiadaya sınaq yarışları, Rio-2016 Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 7-12-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya çempionatında güləşçilər Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziyalar əldə edəcəklər. Çempionatda yunan-Roma güləşi üzrə 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kqvə 130 kq, qadın güləşi üzrə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kqvə 75 kq, sərbəst güləş üzrə isə 57 kq, 65 kq, 74 kq, 86 kq, 97kq və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.