Sentyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı start götürüb.
Dünya çempionatının keçiriləcəyi Orleans Arenada yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. Seminarda hakimlərə güləş qaydalarındakı son dəyişikliklər barədə məlumat verilib, mübahisəli epizodlar monitorda göstərilərək müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, dünya çempionatında görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edirlər.