Güləşçimiz medalsız qalsa da, olimpiadaya vəsiqə qazanıb

Güləşçimiz medalsız qalsa da, olimpiadaya vəsiqə qazanıb



ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev medalsız qalsa da, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziyanı özünə təmin edib.
Bakı-2015 Avropa Oyunlarının qalibi olan güləşçimiz yarışla bağlı təəssüratlarını belə bölüşüb: "Lisenziya xarakterli yarış olduğundan, 6 görüş keçirdim. Əvvəllər isə 5 görüş olurdu. Yorğunluq var idi. Amma lisenziya ilə yanaşı, bürünc medal qazanmağı unutmuşdum. Lisenziyanı təmin etdikdən sonra medal üçün güləşirdim. Hakimlər qeyri-obyektiv qərarlarla məni bürünc medaldan məhrum etdilər. Bürünc medal uğrunda görüşdə almacıq sümüyüm şişdi. Rəqibim bundan istifadə etdi. Lisenziya qazandıqdan sonra bürünc medal əldə etməyi çox istəyirdim, amma qismət olmadı”.
Dünya çümpionatının 3-cüsü olmaqdan məhrum olan güləşçimiz Rio-2016 Olimpiadasında Bakı-2015 Avropa Oyunlarında əldə etdiyi uğuru təkrarlamağa söz verib.