Tələbələr Şimali Kiprə toplaşıblar

Tələbələr Şimali Kiprə toplaşıblar

Aprelin 15-dən 20-dək Şimali Kiprdə birinci Beynəlxalq Universitet Oyunları keçiriləcək.
Yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Pakistan və Qırğızıstandan olan tələbələr mübarizə aparacaqlar. Beynəlxalq Universitet Oyunlarında tennis, badminton, stolüstü tennis, futzal, şahmat, güləş, üzgüçülük və atletika üzrə yarışları keçiriləcək.