Dünya çempionatından 8 medal

Dünya çempionatından 8 medal

Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə altıncı dünya çempionatı başa çatıb. Çempionata 10 idmançı ilə qatılan millimiz 8 medal qazanıb. Komandamızın kapitanı Nicat Müslümov (75 kq), Aleksandr Polişşuk (+75 kq), qadınlardan isə Aynur Dadaşova (58 kq) rəqiblərinə qalib gələrək çümpionatın qızıl medalını qazanıblar. 75 kq şəki dərəcəsində gücünü sınayan Xəzər İsayev çempionatın gümüş medalına layiq görülüb. Digər dörd təmsilçimiz Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq), Namiq Abbasov (61 kq) və qadın parataekvondoçumuz Röyalə Fətəliyeva (49 kq) çempionatın bürünc medalına sahib olublar. Baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Tərənnüm Bayramov və Yaşar Səfərovun rəhbərliyi ilə çempionata qatılan millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaaraq komanda hesabında kişilər arasında Rusiya millisindən sonra ikinci, qadınlar arasında isə Rusiya və Türkiyə yığmasından sonra üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər arasındadır.