Yeniyetmə idmançımız iki medal əldə edib

Yeniyetmə idmançımız iki medal əldə edib

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi məktəbli Aysel Əhədova Bolqarıstanda keçirilən qılıncoynatma üzrə "Plovdiv CUP” beynəlxalq turnirinin qalibi olub. Turnirdə Bolqarıstan, Azərbaycan, Rumıniya, Türkiyə və İraqdan 100-dək idmançı iştirak edib. Təmsilçimiz yarışlarda iki dəfə fərqlənib. O, 15 yaşınadək qılıncoynadanların yarışında birinci yeri, 17 yaşınadək qılıncoynadanların yarışında isə üçüncü yeri tutub.
Qeyd edək ki, Aysel Əhədova 2014-cü ildə Gürcüstanda yeniyetmə qılıncoynadanlar arasında keçirilən beynəlxalq yarışda gümüş medal əldə edib, bu ilin aprel ayında isə 15 yaşınadək qılıncoynadanlar arasında keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.