Dama üzrə Azərbaycan çempionatı başa çatdı

Dama üzrə Azərbaycan çempionatı başa çatdı


Respublika Şahmat Mərkəzində keçirilən 64 xanalı dama üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
"Neftçi İdman Klubu”nun yetirmələri, idman ustalığına namizədlər Leyli Sadıxlı və Ülkər Babanlı yarışda uğurla çıxış edərək 7 oyundan hərəyə 12 xal toplayıblar. Çempionatın reqlamentinə əsasən, onların arasında dörd oyunluq matç keçirilib. Bu seriyada ardıcıl iki dəfə qalib gələn Ülkər Babanlı qadınlar arasında Azərbaycan çempionu adını qazanıb.
Məlumat üçün qeyd edək ki, ötən il qadınlar arasında respublika çempionatını 2-ci yerdə başa vurmuş Ülkər Babanlı 2014-cü ildə 10 yaşına qədər qızlar arasında Avropa çempionu olub. Bu il isə o, Bolqarıstanın Kranevo şəhərində keçirilən dünya birinciliyində bürünc medal qazanıb.