Təmsilçimiz “Formula 3” testlərində iştirak edəcək

Təmsilçimiz “Formula 3” testlərində iştirak edəcək



Avtomobil idmanı üzrə yarışçı Gülhüseyn Abdullayev "Formula 3” (F3) testlərinə dəvət alıb.
Testlər sentyabrın 28-29-da İspaniyada keçmiş F1 pilotu Adrian Kamposun rəhbərlik etdiyi "Campos Racing” komandasında olacaq.
Gülhüseyn Abdullayev testlərdə Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyi və "Baku Grand Prix” şirkətinin dəstəyi ilə iştirak edəcək. O, sentyabrın 28-də Valensiyada simulyatorda məşq edəcək, sentyabrın 29-da isə Albasetе şəhərində F3 testlərindən keçəcək.
Adrian Kampos 15 ildən artıqdır ki, F1 pilotları hazırlayır. O, Fernando Alonso, Mark Jene, Antonio Qarsia, Lukas di Qrassi, Vitali Petrov, German Sançez, Nikola Prost, Serxio Peres, Aleks Palou kimi pilotlar yetişdirib. "Campos Racing” Avropa F3 yarışlarında ən çox qələbə əldə edən komandalardan biridir. Onun Valensiya və Barselona şəhərlərində 60-dan çox peşəkarın çalışdığı iki bazası var.