Samboçularımız Avropa birinciliyində əliboş qalmadılar

Samboçularımız Avropa birinciliyində əliboş qalmadılar

Cənubi Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi keçirilib.
Yarışın ilk günü Azərbaycan milli komandası iki medala yiyələnib. Yeniyetmələrin mübarizəsində Ülvi Xankişiyev (48 kq) və Fərid Mikayılov (62 kq) bürünc medal qazanıblar.