Gimnastlarımız Avropa çempionatında gümüş və bürünc medal qazanıblar

Gimnastlarımız Avropa çempionatında gümüş və bürünc medal qazanıblar



Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə yaş qrupları arasında Avropa yarışlarında Azərbaycanı təmsil edən kişilərdən ibarət cütlük yarışı gümüş medalla başa vurub.
12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan cütlük final mərhələsində qarışıq hərəkətlərə görə hakimlərdən 27.650 xal alıb.
Nəticədə Seymur Cəfərov və Murad Əkpərovdan ibarət Azərbaycan cütlüyü fəxri kürsünün ikinci pilləsinə çıxıb. Təmsilçilərimiz 1-ci yerin sahibi olan Rusiya duetindən cəmi 0.3 xal geri qalıb. 3-cü yerdə isə Belarus gimnastları qərarlaşıblar.
Qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medala sahib çıxıb. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya təmsilçiləri tutublar.