AGF Kubokunda 10 ölkənin pəhləvanları mübarizə aparacaqlar

AGF Kubokunda 10 ölkənin pəhləvanları mübarizə aparacaqlar

Aprelin 18-21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edəcəklər.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar. Turnirin rəsmi açılış mərasimi aprelin 18-i saat 17.00-da olacaq. Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.