Oktyabrın 2-3-də Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi keçirilib.
Yarışlarda Bakı-2015 Avropa Oyunlarının çempionu Oleq Stepko, Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk də çıxış edib.
"Olimpnews.az" xəbər verir ki, kişilər arasında idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak ediblər. Turnirdə balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunub. Çoxnövçülük üzrə final mərhələsində isə yalnız böyüklər, gənclər və yeniyetmələr qüvvələrini sınayıblar.
"Ocaq” İdman Klubunun təmsilçiləri Bakı-2015 I Avropa Oyunlarının çempionu Oleq Stepko 1-ci, I Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk 2-ci yeri tutub. Oleq Stepko və Petro Paxnyuk final mərhələsində də eyni nəticəni göstəriblər. Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri Əli Xəlilov, Anar Həsənov, Mənsum Səfərov, Ağamurad Qəhrəmanov və Murad Ağarzayev (ROİL) 22-ci Bakı çempionatı və birinciliyini 1-ci yerdə başa vurublar. Çoxnövçülük üzrə final mərhələsində yarışların qalibi adını yeniyetmələr arasında Ağamurad Qəhrəmanov (BGM), gənclər arasında isə Murad Ağarzayev (ROİL) qazanıb.
Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu və "Neftçı” klubunun təmsilçiləri yarışıblar. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparıblar. Marina Nekrasova ("Ocaq” İdman Klubu), Ayşən Salamova (Neftçi İSM), Nazənin Teymurova ("Ocaq” İdman Klubu), Aliyə Rüstəmova ("Ocaq” İdman Klubu) gözəl oyun nümayiş etdirərərk fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar.
Səadət