Jalə Piriyeva Tokioda bürünc medalını qazanıb

Jalə Piriyeva Tokioda bürünc medalını qazanıb



Tokioda bədii gimnastika üzrə keçirilən "AEON Cup - 2015” klublararası dünya çempionatı başa çatıb.
Ənənəvi çempionatda 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən iki senyorka və bir yuniorka ilə təmsil olunub.
Yarışın yekunlarına görə, Azərbaycan təmsilçiıəri Marina Durunda, Ayşən Babayeva və Jalə Piriyevadan ibarət "Ocaq İdman Klubu” komandası beşinci yeri tutub. Rusiyanın "Qazprom” komandası birinci, Ukraynanın "Deryuginlər məktəbi” komandası ikinci, Belarusun "Dinamo” komandası isə üçüncü yerdə qərarlaşıb.
Gimnastımız Jalə Piriyeva bu yarışa bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə çıxışına hakimlərdən yüksək ballar alıb.