Paralimpiya oyunlarına 2,5 min obyekt cəlb olunacaq
17:07 16.04.2013
21420
Soçidə 2014-cü ildə keçiriləcək XXII Qış Paralimpiya Oyunlarına hazırlıq məqsədilə şəhərin 2,5 min obyekti əlil idmançıların istifadəsi üçün uyğunlaşdırılıb. Bu barədə məlumatı "Soçi-2014” Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko verib. O deyib: "Bizim qarşımızda duran ümdə vəzifələrdən biri paralimpiya oyunlarını yüksək səviyyədə təşkil etməkdir. Nəzərə alaq ki, burada fiziki cəhətdən qüsurlu insanlar iştirak edəcək. Diqqətinizə çatdırmaq istəyirəm ki, biz artıq mümkün obyektləri beynəlxalq standartlar səviyyəsinə çatdırmışıq. Soçidə olan 2,5 minə yaxın kafe, restoran və digər müəssisələr fiziki qüsurlu insanlar üçün uyğunlaşdırılıb. Bu, çox ciddi işdir. Hazırda Rusiyada 13 milyon əlil insan yaşayır. Biz onların sağlamlığı uğrunda mübarizə aparmağı özümüzə borc bilirik”.