Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medal qazanıb. Yarışların ikinci günündə 70 kq-da mübarizə aparan Coşqun Əzimov isə gümüş medala sahib olub.
Ardıcıl olaraq Livandan Kamal əl Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) mübarizədən kənarlaşdıran Coşqun Əzimovun həlledici görüşdə rəqibi Rusiya idmançısı Soslan Romanov olub. Rəqibinə uduzan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarının gümüş medalla bşa vurub.
Xatırladaq ki, yunan-Roma güləşçilərimiz bu gün mübarizəyə qoşulublar.