Milli Hokkey Liqasının (MHL) komandalarının Soçi-2014 Qış Olimpiya Oyunlarında iştirakı Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müzakirəyə çıxarılıb. Nyu-Yorkda təşkil olunan müzakirələrdə MHL-in nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı heç bir qərar qəbul olunmayıb. Sadəcə, hokkey komandalarının Soçiyə gəlişi və yerləşməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. BOK rəsmilərinin dediklərinə görə, bununla bağlı rəsmi qərar may ayında veriləcək.