Çövkən atüstü xalq oyunu üzrə çempionat keçiriləcək

Çövkən atüstü xalq oyunu üzrə çempionat keçiriləcək


Oktyabrın 16-da Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü xalq oyunu üzrə dördüncü Azərbaycan çempionatına start veriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionatda ölkənin müxtəlif bölgələrindən ümumilikdə 24 komanda mübarizə aparacaq. Mükafat fondu 50 min manat təşkil edən çempionatın keçirilməsinin əsas məqsədi geniş kütləni ölkənin qədim atüstü milli oyunları ilə daha yaxından tanış edilməsi, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Qeyd edək ki, Şəki şəhərində təşkil olunan Prezident kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa səkkizdəbir final mərhələsindən qoşulacaqlar.