Rafiq Hüseynov Hərbçilərin VI İdman Oyunlarının qızıl medalını qazanıb

Rafiq Hüseynov Hərbçilərin VI İdman Oyunlarının qızıl medalını qazanıb


Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında güləş yarışları başa çatıb.
Yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edib.
80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan HardoTuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleyev olub. İlk hissədə rəqibini təmiz qələbə ilə məğlub edən Rafiq Hüseynov Hərbçilərin VI İdman Oyunlarının qızıl medalına sahib olub.
Xatırladaq ki, Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında iştirak edən güləşçilərimizin aktivində 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.