Paytaxt reqbiçiləri açıq turnirə hazırlaşırlar

Paytaxt reqbiçiləri açıq turnirə hazırlaşırlar


Noyabrın 9-da reqbi üzrə açıq turnir keçiriləcək. Dövlət Bayraq Gününə həsr olunmuş turnirdə Gürcüstan və Rusiya komandalarının da iştirakı gözlənilir. Qeyd edək ki, turnirə hazırlıq məqsədilə "İnter Arena” və "Tissa” Şirkətlər Qrupunun stadionunda reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışın nəticələrinə görə birinci yerə 132-134 saylı Təhsil Kompleksi yiyələnib. Turnirin ikinci pilləsini Bakı Reqbi Klubu, üçüncü yeri isə "Tissa” komandası tutub.