Azərbaycanın sərbəst güləş üzrə milli komandası oktyabrın 16-da Dağıstanın Xasavyurt şəhərində keçiriləcək 7-ci "Qitələrarası Kubok"da iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Olimpnews.az”a verilən məlumata görə 3 gün davam edəcək turnirdə 11 pəhləvanın iştirakı planlaşdırılır.Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi 65 kq), Coşqun Əzimov, Emin Əzizov (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (hər ikisi 86 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, oktyabrın 17-də 57 kq, 65 kq, 74 kq və 97 kq, yarışın son günündə isə 61 kq, 70 kq, 85 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.